Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR

1820

Sumqayıt şəhərində davamlı olaraq əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması üçün səyyar qəbullar keçirilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində  keçirib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər