Zakir Fərəcov sakinlərlə növbəti görüşünü keçirdi -FOTO

2032

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən görüşdə sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib.
Görüşdə məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin vurulması, nümunəvi məhəllələrin salınması, məşğulluq və  digər məsələlər səsləndirilib.
Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Şəhər rəhbəri ilə görüşən sakinlər son illərdə Sumqayıt şəhərində görülmüş işlərdən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Sumqayıt şəhərində mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər