Zakir Fərəcov səyyar qəbul keçirdi – FOTOLAR

2486

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbulu keçirilib.

Şəhərin 5-ci mikrorayonunda keçirilən səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və aidyyatı qurumların rəhbərləri də iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismini yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər