Zakir Fərəcov Sülh prospektində görülən işlərlə tanış oldu – FOTOLAR

2734

Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam edir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

Son 3 il ərzində Sumqayıt şəhərində ümumilikdə 40-a yaxın prospekt və küçədə yol infrastrukturu yenilənib. Hazırda Sülh prospektində işlər davam etdirilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sülh prospektində olub, görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, hazırda  Sülh prospektinin şəhərin mərkəzi hissəsində asfalt örtüyü vurulur, eyni zamanda şəhərin Sülh küçəsindən keçən istismar müddətini başa vurmuş qaz xətti  yenilənir. Bu xətt şəhərin bütün məhəllələrini və 1, 5 və 6-cı mikrorayonlarını əhatə edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər