Zakir Fərəcov: “Sumqayıtda asfaltsız, təmirsiz yol qalmayacaq”

3129

Sumqayıtın ən böyük küçəsində təmir işləri başa çatıb

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur. Son 3 il ərzində Sumqayıt şəhərində ümumilikdə 40-a yaxıln prospekt və küçədə asfalt örtüyü yenilənib.

Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planına uyğun olaraq hazırda asfaltlanma işləri davam edir. Şəhərdaxili küçə və yollarda, eləcə də məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri davam etdirilir. Son bir həftə ərzində şəhər ərazisində, eləcə də şəhərətrafı yaşayış massivlərində asfaltlanma işləri davam edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin ən böyük küçəsi olan Səməd Vurğun küçəsində görülən işlərlə yaxından tanış olub, qısa müddət ərzində Sumqayıtda yol infrastrukturunun tamamilə yenilənəcəyini, şəhərdə asfaltsız ərazinin qalmayacağını vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər