Zakir Fərəcov Sumqayıt gənclərini “açıq mikrofon”da dinlədi, suallarını cavablandırdı - FOTOLAR

1384

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Doğma Sumqayıtımızın yubileyini ləyaqətlə qarşılayaq” devizi altında Ağsaqqallar Şurasının üzvlərinin və gənclərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər Ağsaqqallar Şurasının üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını novruz bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Şəhər rəhbəri Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, şura üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ağsaqqallar Şurasının üzvləri şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərində fəal iştirakı ilə yanaşı, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunması istiqamətində də mühüm işlər görür.

Şəhər rəhbəri Sumqayıt şəhərində son illər həyata keçirilən və yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənclərə müraciət edərək “açıq mikrofon” şəraitində müzakirələrin aparılmasını təklif etdi. Daha sonra “Açıq mikrofon” şəraitində baş tutan tədbir müzakirələrlə, sual-cavab diskussiyası ilə davam etdirilib. Şəhər rəhbəri gənclərin suallarını cavablandırıb, şəhərin inkişafı ilə bağlı gənclərin fikirlərini dinləyib.

Tədbirdə Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsin rəisi Elgün Hümbətov və digər çıxışçılar mövzu ətrafında çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi şəhərə, onun sakinlərinə böyük diqqət və qayğı göstərərək 14 fevral 2019-cu il tarixdə Sumqayıt şəhərinin yubileyi ilə bağlı xüsusi Sərəncam vermişdir. Hər bir sumqayıtlı ölkə rəhbərinin bu diqqət və qayğısını yüksək qiymətləndirərək şəhərin daha da gözəlləşməsi və inkişafı üçün öz töhvəsini verməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər