Zakir Fərəcov Sumqayıt qadınlarını təbrik etdi – FOTOLAR

2603

Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərdə müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.

Zakir Fərəcov  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında şəhərin bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb.
İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində qəhrəmanlıq, fəallıq nümunəsi göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.

Vurğulanıb ki, ölkəmizin iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Hazırda respublikamızda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb işlərdə də uğur qazanmağı bacarırlar.

Qeyd olunub ki, Sumqayıtın sosial-iqtisadi inkişafında və ictimai həyatında şəhər qadınlarının əməyi çox böyükdür. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar  təqdim edib.

Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər