Zakir Fərəcov Sumqayıtın Şəhidlər xiyabanında aparılan təmir-bərpa işləri ilə tanış oldu

4804

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Şəhidlər xiyabanında aparılan təmir-bərpa işləri ilə tanış olub.

Şəhər rəhbəri xiyaban ərazisində həyata keçirilən yenidənqurma işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, görülən işlər çərçivəsində 44 günülük Vətən müharibəsi ilə əlaqədar yeni abidə ucaldılıb. Eyni zamanda, Şəhidlər xiyabanının girişində hündürlüyü 30 metrə çatan bayraq dirəyi quraşdırılıb.

Şəhidlər Xiyabanında aparılan təmir bərpa işlərinin 8 Noyabr – Zəfər Gününə qədər yekunlaşdırılması planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər