Zakir Fərəcov sumqayıtlıları “Şəhər Günü” münasibəti ilə təbrik edib!

3839

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov sumqayıtlıları “Şəhər günü” münasibətilə təbrik edib.

sumqayitxeber.com şəhər rəhbərinin təbrik məktubunu təqdim edir:

“Hörmətli həmvətənlərim, əziz sumqayıtlılar, Sizləri şəhərimizin 71-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edir, hər bir işinizdə hamınıza bol uğur, möhkəm can sağlığı və yüksək nailiyyətlər diləyirəm.
Şəhərimizin ildönümü Azərbaycan Respublikasının düşmən üzərində zəfər qələbəsinə təsadüf edir. Bu qələbəni bizlərə Azərbaycanın rəşadətli ordusu və bu müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev cənabları yaşatmışdır.
Azərbaycan xalqının birliyi, demokratik cəmiyyət yolunda inamla, qürurla addımlaması, görülən nəhəng işlər, insan hüquqlarına hörmət, əhalinin rifah halının yaxşılaşdırılması, onların təhlükəsiz yaşaması, müstəqilliyimizin, suverenliyimizin daha da möhkəmləndirilməsi, sürətli iqtisadi inkişaf və digər başqa məsələlərin müvəffəqiyyətlə həyata keçməsinin təcəssümüdür.
Bu gün Sumqayıt sürətlə inkişaf edir, yeniləşir, dəyişir, abadlaşır
Zəmanəmizin siyasət karifeyi, Ulu öndər Heydər Əliyevin həmişə bizlərə və şəhərimizə olan sonsuz diqqəti Dahi liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının Sumqayıt şəhərinə və sumqayıtlılara olan qayğının nəticəsidir

Mən Sizləri Siz zəhmətkeşləri bir daha şəhər günü münasibəti ilə təbrik edir, şəhərimizin müasirləşməsi, yüksək səviiyyədə inkişaf etməsi naminə xoşbəxt həyat arzulayıram!”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər