Zakir Fərəcov tələbələri mükafatlandırdı – FOTOLAR

1235
Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.
sumqayitxeber.com -un məlumatına görə, əvvəlcə Sumqayıt Dövlət Dram Teatrının foyesində şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış olub. Daha sonra şəhərdə təhsil sahəsində əldə edilən uğurlardan bəhs edən film nümayiş olunub.
 Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. O, son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən yüksək qayğıdan danışıb və bu sahəyə dövlət başçısının xüsusi diqqət yetirdiyini vurğulayıb. Natiq bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır.Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır. Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Tədbirdə yeni dərs ilinə hazırlıq barədə məlumat verilib, qarşıda duran məsələlər müzakirə olunub. Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə kompyuter, qabaqcıl müəllimlərə isə fəxri fərman və hədiyyələr verilib.
Xatırladaq ki, 2017 ci ildə şəhərin məzunlarından 411 nəfər 500-dən, 169 nəfər 600-dən çox bal toplayıb. Bu, ötən ilki göstəricidən 30 nəfər, yəni təxminən 22% çoxdur. O cümlədən, 108 nəfər 600-649 intervalında, 61 nəfər isə 650-700 intervalında bal toplayıb. 200 nəfər məzun 500-600 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19% yüksəkdir .1 nəfər məzun isə 700 bal toplayb. Bu ilki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə göstəricilərə görə ilk yerlərdən birini tutub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər