Zakir Fərəcov uşaqların Novruz şənliyində iştirak edib– FOTO

1754

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 41 saylı körpələr evi uşaq bağçasında Novruz bayramı münasibəti ilə təşkil edilən bayram şənliyində iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları, onların valideynlərini və bağçanın kollektivini bayram münasibəti ilə təbrik edib. Gələcəyimiz olan uşaqlara can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət , hər bir ailəyə sevinc və səadət dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında Novruza, yazın gəlişinə həsr olunan şerlər, mahnılar və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib.

Qeyd olunub ki, son illərdə digər sahələrdə olduğu kimi məktəbəqədər təlim-tərbiyə müəssisə­lərinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində olub.  Şəhərdə fəaliyyət göstərən körpələr evi uşaq bağçalarında da avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılıb, istilik sistemi tam bərpa olunub, bütün uşaq bağçaları isti su ilə təchiz edilib, ərzaq təminatı ciddi nəzarətə götürülüb. Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər