Zakir Fərəcov “Vəkil günü” münasibəti ilə vəkilləri təltif etdi – FOTOLAR

2111

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.

“Vəkil günü” peşə bayramı münasibətilə və əhalinin hüquqi yardımla təminatında fəal iştirakına görə Sumqayıt Regional Vəkil Bürosunun bir qrup vəkili Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  Zakir Fərəcovun sərəncamı ilə Fəxri Fərmanla təltif olunublar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Laiqə Hidayətova vəkilləri peşə bayramı münasibəti ilə şəhər rəhbəri adından təbrik edib, fəxri fərmanları təqdim edib.

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı göstərilən diqqətə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  Zakir Fərəcova minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk regional vəkil bürosu Sumqayıt şəhərində yaradılıb və 2019-cu ildə büro istifadəyə verilib. Hazırda Sumqayıt Regional Vəkil Bürosunda 23 vəkil çalışır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər