Zakir Fərəcov yenə məktəblərdə oldu, müəllimlərlə görüşdü -FOTOLAR

4504

Sumqayıt şəhər ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2018-2019-cu il tədris ilinin başlaması ilə əlaqədar olaraq görülmüş işlərlə yaxından tanış olmaq üçün davamlı olaraq şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərində olur.

Zakir Fərəcov bu dəfə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 saylı, 13-cü mikrorayonda yerləşən 34 saylı, 11-ci mikrorayonda yerləşən 31 sayı və eləcə də şəhərin 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəblərdə olub.

Məktəblərdə yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri hər bir məktəbdə müəllim kollektivi ilə görüşüb.

Şəhər rəhbərinin təhsil müəssisələrində kollektivlə görüşü zamanı şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, Sumqayıt təhsilinin inkişafı, son illərdə təhsil sahəsində əldə olunmuş naliyyətlər ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılıb.

Şəhər sakinləri son illərdə Sumqayıt şəhərində görülmüş işlərə görə ölkə başçısına və şəhər rəhbərinə minnətdarlıqlarını çatdırıb, təkliflərini səsləndiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər