Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşdü – FOTOLAR

2138

Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məhdud sayda məzunların iştirakı ilə görüş keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Son illərdə Sumqayıt şəhərində də təhsil müəssisələri təmir olunub, yeni məktəblər inşa olunub. Hazırda Sumqayıt şəhərində yeni məktəblərin inşası həyata keçirilir və yaxın zamanlarda həmin məktəblər də şəhər əhalisinin ixtiyarına veriləcək. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov da çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb

Vurğulanıb ki, hər il qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələri məhz Sumqayıt məktəbliləri göstərirlər.Bu il qəbul imtahanlarında 2385 abituriyent iştirak edib ki, onlardan 119-u 600-dən yuxarı bal toplayıb.

Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

   

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər