Zakir Fərəcovun növbəti səyyar qəbulu Coratda oldu- FOTOLAR

1619

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşüünü Corat qəsəbəsində keçirib.

Qəsəbə sakinləri ilə keçirilən görüşdə onların təklif, müraciət və şikayətləri dinlənilib.
Görüşdə istismar müddəti bitmiş su xətlərinin dəyişdirilməsi, qəsəbə daxili yolların asfaltlanması, hər birinin yaşları 600 və 300 illik tarixi olan iki hamamın təmir olunması, bəzi ərazilərdə küçə işıqlarının quraşdırılması, qəsəbədə fəaliyyət göstərən uşaq poliklinikasının təmir olunması,  və digər məsələlər səsləndirilib.
Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər