Zakir Həsənov ön xətdə – FOTOLAR

1462

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Cəbhə bölgəsində yeni inşa edilən bölmələrdən birinin açılışını edən Zakir Həsənov burada yaradılmış şəraitlə tanış olub,  şəxsi heyətlə söhbət aparıb və nahar edib.

BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN:
https://www.facebook.com/sumqayitxeberCom/

BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər