Zelenski Şarl Mişeli Ukraynanı Avropa İttifaqına üzv etməyə çağırdı

816

Ukrayna prezidenti Vladimir Zelenski bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Ukraynaya gələcək yardım və ukraynalıların azad gələcək uğrunda qəhrəmancasına mübarizəsini müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Zelenski İnstaqram-da bildirib.

O əlavə edib ki, indi Ukrayna üçün aydın avrointeqrasiya kursu barədə qərar verməyin vaxtıdır.

“Uzunmüddətli müzakirəni birdəfəlik bağlamaq və Ukraynanın Aİ-yə üzvlüyü barədə qərar qəbul etmək üçün həlledici məqam yetişib. Şarl Mişel ilə gələcək səmərəli yardım və ukraynalıların azad gələcəkləri uğrunda qəhrəmancasına mübarizəsi müzakirə olunub”, – prezident yazıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər