1 mart – Ümumdünya Mülki Müdafiə günü ilə bağlı «Azərikimya»da tədbir keçirilib

627

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisindəki meydan­çada Ümum­dünya Mülki Müdafiə günü müna­si­bətilə «Mülki müdafiə və baş verə biləcək fəlakətlərin qarşısının alınmasına hazırlıq» möv­­zusunda geniş tədbir keçirilmişdir.

«Azərikimya» İB rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin Sum­qayıt Regional İda­rə­sinin və Mülki Müdafiə şöbəsinin, həmçinin Birliyin tabeliyindəki idarə və müəssisə­lərin Fövqəladə hallar komissiyasının və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin işti­rak etdiyi tədbirdə mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri komp­lek­sində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşı­sı­nın alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı təlimatlar verilmişdir.

Sonra müəssisələrin hərbiləşdirilməmiş Mülki müdafiə qərargahına daxil olan xila­setmə dəstələrinin, sanitar məntəqələrinin, kimya-radiasiya müşahidə postlarının, qəza-bərpa manqalarının geyim və fərdi mü­hafizə vasitə­lərinin paylanma məntəqələrinin, yan­ğından mühafizə dəstələrinin və tibb manqalarının əmlak və avadanlıqlarına baxış keçirilmiş, şəxsi heyətin xidməti vəzifələri ilə bağlı bilikləri yoxlanılmış, onların hesabat­ları, rəy və təklifləri dinlənilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər