1 saylı Sumqayıt “ASAN xidmət” – 10 il

391

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Sumqayıt regional “ASAN xidmət“ mərkəzi 2013-cü il mayın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Mərkəz açılışdan iki gün sonra fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.

On illik fəaliyyəti dövründə mərkəzə ümumilikdə 6 milyon 140 mindən çox vətəndaş müraciəti daxil olub. Eyni zamanda, Səyyar ASAN xidmət avtobusu vasitəsilə 171 mindən çox vətəndaş müraciəti qəbul olunub.

Gündəlik orta müraciət sayı iki minə yaxındır.

1 saylı Sumqayıt regional “ASAN xidmət“ mərkəzində 3 min 400 nəfər könüllü fəaliyyət göstərib. Həmin dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, tamaşalar, idman yarışları intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər