sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində 1 saylı Sumqayıt şəhər xəstəxanasının paltaryuma sexinin ərazisində məcburi köçkünün yaşadığı ümumi sahəsi 50kv.m. olan tikilinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.