Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, şəhərin 30-cu məhəlləsində yaşayan 2017-ci il təvəllüdlü yerli sakin İsazadə Məhəmməd Rəşad oğlunun üzərinə qaynar çaydan dağılıb.
Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda 1 yaşlı M.İsazadənin müayinə və müalicəsi həyata keçirilir.