109 Sumqayıta qayıdır?

1004

telefon_2_611760334Təxminən iki ay öncə 109 məlumat xidməti öncə pullu xidmətə keçirildi, daha sonra isə mərkəzləşdirmə adı altında Rabitə və İnformasiya Nazirliyi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağından alınaraq Bakıya birləşdirildi. Hazırda bakılılarla yanaşı sumqayıtlılar da öz şəhərlərində istənilən idarə və təşkilatın əlaqə telefonu üçün Bakıdakı “telefonçu qızlar”a müraciət edir. Ancaq öncədən də gözlənildiyi kimi, bu “birləşdirmə” sumqayıtlılar üçün arzuolunmaz problemlər yaratdı. Belə ki, bakılı “109-çu”ların sumqayıtlılar üçün göstərdiyi xidmət istənilən səviyyədə deyil. Bu, onların, yəni Bakıdakı məlumat mərkəzinin əməkdaşlarının xüsusilə Sumqayıtı tanımamasından irəli gəlir.

Bu islahatın istənilən effekt verməməsindən, deyəsən, nazirlikdə də xəbərdardırlar. Elə bunun nəticəsidir ki, hazırda bu xidmətin yenidən Sumqayıta – Sumqayıt Telekommunikasiya Qovşağına qaytarılmasının mümkünlüyü barədə söz-söhbətlər gəzir. Bu “qayıdış”, şübhəsiz ki, yerli Qovşaq üçün də sevindirici ola bilər. Ən azı ona görə ki, 109 artıq pullu xidmətdir və bu, idarə büdcəsi üçün gəlir deməkdir.

Vüsal

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər