Türkiyədə müalicə edilən azərbaycanlı gənc vəfat edib.
Publika.az xəbər verir ki, bir müddət əvvəl sümük iliyi çatışmazlığı diaqnozu ilə Türkiyədəki özəl klinikalardan birinə yerləşdirilən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Abbasov dünyasını dəyişib. Onun cənazəsinin sabah Azərbaycana gətiriləcəyi və Gəncədə dəfn ediləcəyi bildirilib.
Qeyd edək ki, Cavid Abbasov 2017-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Allah rəhmət eləsin!