27 SENTYABR – ZƏFƏRƏ GEDƏN YOL!

784

Azərbaycanın Prezidenti,Silahlı  Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə gərgin , səmərəli iş apararaq,   Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevirildi və nəticədə  2020-ci  ildə  44 günlük  Vətən müharibəsində  qazanılan  Zəfər  Azərbaycan  Ordusnun  gücünü ,Qudrətini  bütün  dünyaya  nümayiş etdirdi. Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Mütəmmadi olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi  davam etdirilir. Ordunun keyfiyyətcə yüksək, müasir standartlara çatdırılması tapşırıqları uğurla yerinə yetirilir.Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Hərbi təlimlərin əhəmiyyəti silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının daha da artırılması, qarşılıqlı əməliyyat şəraitində döyüşlərin aparılmasıdır. Türkiyə, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına da hər zaman dəstək göstərmiş, Azərbaycanda kadrların hazırlanmasında və hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynamış, daim iki ölkə arasında hərbi-texniki əməkdaşlıq yüksələn xətlə inkişaf etmişdir. Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirilməsini Prezident İlham Əliyev birgə yüksək qiymətləndirərək bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün də təlimlərin rolu danılmazdır.

Bu gun tam əminlik və qətiyyətlə deyə bilərik ki ,Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (NationalWarCollege) və SetonHall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Güc və həmrəylinin,Vətən uğrunda savaşın rəmzi olan “Dəmir  yumruq”əməliyyatı 30 illik  bir  tarixi  yenilədi.30 illik illik bir işğal tarixini  dəyişdi.30 il sonra 44 günlük bir zəfər tarixinə imza  atdı.Azərbaycan heç vaxt  bu qədər güclü , bu qədər müstəqil ,əzmli bə azad olmayıb.Xalqın Ali Baş Komandana inamı xalqı  bu yumruq ərtafında birləşdirdi.Xalq bu yumruqla  irəlilədi və zəfər qazandı.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birləşib  düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış bu inamı doğruldan  prezident və xalq oldu.

Siyasi  partiyaları  birgə  bəyanatı milli  və siyadı  həmrəyliyin  parlaq  nümunəsidir.Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır

Bu gün dünyanın ən müxtəlif ölkələrində çoxlu sayda azərbaycanlı yaşayır, toplam olaraq dünyaya səpələnən azərbaycanlılarının sayının 50 milyondan çox olması faktdır. Azərbaycanlıların dünyaya yayılma prosesini və ardıcıllığını izləyən ekspertlərin qənaətinə görə, soydaşlarımız yer kürəsində baş verən müharibələr, inqilablar, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində dünyaya yaylıblar. Demək olar ki, dünyanın hər yerində azərbaycanlılar yaşayırlar, lakin onların bir Vətəni var – Azərbaycan!Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ürəyi 44 gün ərzində tarixi Vətəni ilə bir döyünürdü. Hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdilər.Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğal altından azad etməsi, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının sınmış qürurunu, tapdalanmış ruhunu bərpa etdi.44 günlük Vətən müharibəsi 28 il işğal altında olan torpaqlarımızın, xüsusi ilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin gərgin döyüşlərlə azad edilməsi ilə yekunlaşdı. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə olaraq, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa etməklə çıxdı!

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə, 44 gün ərzində reallığa çevrildi və xalqımıza böyük sevinc yaşatdı.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Fəxrlə qeyd edirəm ki, Vətən müharibəsində Xidmət Sahələri  üzrə Sumqayıt Peşə Təhsil Mərkəzinin  məzun tələbəri  də mərdlik göstərmiş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmişlər. Onlardan 3-ü qəhrəmancasına şəhid olmuşdur. Döyüş əməliyyatlarında birbaşa iştirak edə bilməyən muəllim və tələbə heyəti  xalqımıza, ordumuza həmrəylik nümayiş etdirmiş, maddi və mənəvi olaraq  daima yanlarında olmusdur.

Təranə Namazova, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər