İtaliyalı boksçu, yeddiqat dünya çemopionu Kristian Daqio faciəvi şəkildə ölüb.
Hadisə Dünya Boks Şurasının (WBC) Taylandın Ranqsit şəhərində təşkil etdiyi yarışda baş verib. 49 yaşlı boksçu yarışda taylandlı Don Parueanq üz-üzə gəlib. O, qarşılaşmada ağır zərbələr alıb və huşunu itirib.
Xəstəxanaya çatdırılsa da, beyni ciddi zədə gördüyündən komaya düşüb. Daha sonra ölüb.
Mətbuata açıqlama verən idmançının qardaşı bildirib ki, belə ölüm qardaşının arzusu imiş.
Publika.az