UEFA Konfrans Liqasının oyunu Sumqayıt stadionunda keçiriləcək

165

“Zirə” komandası UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu bu gün keçirəcək.

“Report”un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər