O, Mətbuat Şurasının M.İsmayıloğluna müsbət xarakteristika verdiyini, eyni zamanda şuranın məhkəmə prosesini izlədiyini söyləyib. Ə.Amaşov qeyd edib ki, M.İsmayıloğlunun həbs olunacağını gözləmir.
Qeyd edək ki, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun işi ilə bağlı məhkəmə istintaqı iyunun 11-də başa çatıb. İyunun 19-da keçiriləcək məhkəmə prosesində dövlət ittihamçısı jurnalistə iş istəyəcək.
M.İsmayıloğlu 2008-ci ilin yayında polis zabiti olan bağ qonşusunun qulluqçusu Nəsibə Səfərovanın şikayəti üzrə istintaqa cəlb olunub. N.Səfərova Abşeron Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsində jurnalistin iyunun 21-də onu təhqir edərək döydüyünü yazıb. İş Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsiylə araşdırılır. Həmin maddədə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
«Media forum»
Əflatun Amaşov “Media forum” saytına açıqlamasında belə deyib.