Ərdoğan Əliyevin təşəbbüsünü Putinə çatdırdığını açıqlayıb

652

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ikigünlük səfərdən geri dönərkən təyyarədə onu müşaiyət edən jurnalistlərin suallarına cavab verib.

 

“Qarabağda qazanılan Zəfər Türkiyə-Azərbaycan münasibətlərinin bir dönüm nöqtəsidir. “Tək millət, iki dövlət” prinsipi Azərbaycanla həmrəyliyimizin təlməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad edilməsi ilə daha da yüksəklərə qalxdı”,-Türkiyə prezidenti deyib.

Ərdoğan Qarabağda Zəfəri gətirən 44 günlük müharibədə daim, anbaan  Azərbaycanın yanında olduğunu bildirib.

“Mən bu prosesi şəxsən izlədim. Başda xarici işlər nazirim, milli müdafiə nazirim, Milli İstihbarat Təşkilatı başqanım olmaqla arkadaşlarım əlaqələri davamlı olaraq təmin etdi. Bununla bərabər digər heyətlərimizin də ora gedişi ilə prosesi yaxından izlədik. İlham Əliyev qardaşımla davamlı olaraq telefon əlaqəsi saxladıq. Arkadaşlarımız da davamlı olaraq sahədə (savaş meydanında) və masada gərgin mübarizə apardılar. Bu 44 günün pərdə arxası əminəm ki, nə zamansa yazılacaq. Zaman bu işin çox ciddi bir şahidi olacaq”,-Ərdoğan deyib.

Türkiyə prezidenti vurğulayıb ki, Qarabağ Zəfəri ilə Qafqazların tarixində yeni səhifə açılıb. “İnanıram ki, bundan sonra bölgə tarixi yeni istiqamətdə formalaşacaq. Üzərində çalışdığımız 6 tərəfli əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran,-red.) hər kəs üçün mənfəət imkanı yaradan təşəbbüsdür. Ermənistan da bu prosesə qatılıb pozitiv addımlar atarsa Türkiyə-Ermənistan münasibətlərində də yeni səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə şübhəsiz ki, burada Ermənistanın da qazancı ciddi mənada artacaq. Bundan ən çox qazanan da Ermənistan olacaq”,-Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib.

Türkiyə dövlət başçısı onu da bildirib ki, Bakıya səfəri zamanı ikitərəfli münasibətlər barədə də danışıqlar aparılıb və 5 yeni anlaşma imzalanıb. Və münasibətlərin bundan sonra hər sahədə daha da genişləndirilməsi qərara alınıb.

Ərdoğan xatırladıb ki, Bakıda Azərbaycanla Türkiyə arasında “BMC AZ şirkəti ilə Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyi arasında anlaşma protokolu”, “BMC Otomotiv Sənaye və Ticarət Anonim Şirkəti ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma protokolu”, “Azərbaycanın Kiçik və Orta Sahibkarlığa Dəstək Agentliyi ilə Türkiyə Cümhuriyyətinin Yatırım Ofisi arasında birgə bəyannamə”, “Türkiyə ilə Azərbaycan arasında media sahəsində strateji iş birliyinə dair bəyannamə” imzalanıb. Habelə vizaların qarşılıqlı ləğvi barədə protokola imza atılıb.

“Yəni artıq pasportla deyil, kimlik vəsiqəsi ilə qarşılıqlı səfərlərin edilməsi mümkün olacaq. Bir növ Şimali Kiprlə olan gediş-gəliş qaydalarını burada da tətbiq edəcəyik”,-o vurğulayıb.

Ərdoğan vurğulayıb ki, tərəflər qarşılıqlı investisiyaların artırılması, ticarət və turizm sahəsində birgə əməkdaşlığın genişləndirilməsi barədə anlaşmalar əldə ediblər. “Qarabağın yenidən inşasında biz Türkiyə olaraq önəmli rol oynayacağıq. İstər infrastruktur, istər inşaat işlərində atacağımız addımlar olacaq. İnşallah bir ildən də az müddətdə Qarabağın yenidən qurulmasında hansı addımların atılacağı barədə dəyərli qardaşım İlham Əliyevlə anlaşma əldə etmişik”,-Ərdoğan belə deyib.

Jurnalistlər 6 tərəfli əməkdaşlıq platformasiya ideyasının Azərbaycan prezidenti tərəfindən irəli sürüldüyünü, Türkiyə prezidentinin buna müsbət baxdığını xatırladıblar. Rusiyanın bu məsələdə mövqeyinin necə olduğunu soruşublar. “Sayın Putinlə bu barədə danışmısızmı?”,-jurnalistlərdən biri Ərdoğandan soruşub.

“Sayın Putin bu təşəbbüsə müsbət baxır. Aramızdakı telefon söhbətində mənim qənaətimin necə olduğunu soruşdu. Mən də “Sayın İlham Əliyev buna müsbət yanaşdıqdan sonra mənim nəzərimcə də buna müsbət yanaşmaq önəmlidir” dedim. Hətta burada Gürcüstan da gündəmə gəldi. “Bu müzakirələri dərinləşdirək” dedik. Bakıdakı mətbuat konfransında da ifadə etdiyim kimi, Putinə dedim ki, əgər Ermənistan bu prosesi müsbət istiqamətə yönləndirərsə biz Ermənistanla qapalı olan sərhədlərimizi də açarıq. Çünki bizim tək dərdimiz xüsusən də xalqlar arasında regional sülhə dəstək verməkdir. Burada da biz regional sülhü düşünürüksə, bu təşəbbüsü müzakirə ediriksə və bu 6 tərəfli platforma bunu tələb edirsə Türkiyənin üzərinə düşən vəzifə sərhədləri açmaqdır. Türkiyə bu yetişkinliyə çatmış ölkədir, bizim siyasət anlayışımızda da bu var. Sayın Putin də bundan çox çox məmnun oldu. İlham Əliyev qardaşımız da “Siz nə desəniz mən də ona razıyam” dedi. Bu formada anlaşma əldə etdik”,-Ərdoğan jurnalistlərə bildirib.

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər