Türkiyədəki zəlzələdə həyatını itirən 4 azərbaycanlı tələbənin ölümündən bir il ötür.
“sumqayitxeber.com” xəbər verir ki, Baku TV həmin tələbələrdən Gündüz Nəzərzadənin ailəsindən reportaj hazırlayıb.
Gündüzün atası ötən il baş verən dəhşətli hadisədən danışıb. O bildirib ki, oğlu Azərbaycanda tibb təhsili alıb, daha sonra magistr üçün Malatyaya gedib: “Fevralın 5-i mənim ad günüm idi, 6-sına keçən gün də bu hadisə baş verdi. Hadisə olduqdan sonra gedib gördüm ki, bina tamamilə çöküb. 4-5 ay idi, uzman mütəxəssis olmaq üçün Malatyaya getmişdi. Zəlzələdən öncə onunla telefonla danışdıq. Dedi ki, məni hamı tanıyacaq, hiss edirmiş sanki. Belə tanındı…”
Anası Gündüz barədə danışarkən bildirib ki, o, türkiyəli xanımla tanış olmuşdu: “Eyni təhsili alırdılar, mən də danışırdım həmin qızla. Gündüz mənim üçün özəl idi, o anadan olanda saçını belə saxlamışam, indi onu öpürəm”.
Müzakirə qapadılmışdır.