Sumqayıt şəhərində bir ailənin üzvləri xəstəxanalıq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Sumqayıt şəhər sakini Günel Əzməmmədova, onun oğlanları 12 yaşlı Zamin və 8 yaşlı Şahinevlərində qidadan zəhərlənib. Onlar ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Elə həmin gün Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində də zəhərlənmə hadisəsi olub. Qəsəbə ərazisində yaşayan 12 yaşlı Canmirzə Əmənov evlərindən qidadan zəhərlənməsi ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Milli.Az