Anar Qasımlı Sumqayıta yeni təyin olunan hakimlərdən danışdı

770

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə seçim turları və təlim mərhələlərini uğurla başa vurmuş 32 nəfər birinci instansiya məhkəmələrinə hakim təyin olunublar. Maraqlıdır, ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan vəkillər bu təyinatları necə qiymətləndirir?

E-huquq.az mövzu ilə bağlı vəkillərin fikirlərini öyrənib.

Tanınmış vəkil, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı  yeni təyinatların hakimlərin iş yükünün azalmasına səbəb olacağını və nəticədə işlərə daha keyfiyyətli baxılmasına imkan yaranacağını qeyd edib: “Təkcə elə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə 3 nəfər yeni hakimin təyin olunması əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Çünki indiyədək Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cəmi bir tərkib fəaliyyət göstərirdi. Bu da təbii ki, işlərin baxılmasına vaxt baxımından problemlər yaradırdı. Bu təyinatlar həmin problemi ən azı yarıya qədər azalda biləcək. Gələcəkdə də hakimlərin sayının artırılması gözlənilir. Bir sıra məhkəmələr var ki, həqiqətən də, kadr çatışmazlığından əziyyət çəkir. Bütöv bir rayonun iş yükü bir hakimin üzərinə düşür. Keyfiyyət məsələsinə gəlincə isə, yeni təyin olunan hakimlər əvvəlkilərdən müsbət mənada daha çox fərqlənməlidir. Onların hər biri savadlı kadrlardır, çoxmərhələli imtahan proseslərindən keçib hakim olublar. Arzu edirəm ki, onlar yeni fikirli olsunlar. Bu da hakimlərin müstəqilliyindən irəli gələn bir məsələdir. Hakim nə qədər müstəqil olarsa, bir o qədər yeni fikirli olar. Onu da deməliyəm ki, biz bugünkü məhkəmə sistemini 15 il əvvəlki məhkəmə sistemi ilə müqayisə edə bilmərik. Müsbət mənada çox böyük dəyişikliklər var. Düşünürəm ki, müsbətə doğru inkişaf gələcəkdə də davam edəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər