AQTA sahibkarları xəbərdarlıq etdi: Monitorinqlər davam edəcək

498

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  ictimai iaşə müəssisələrində həyata keçirdiyi monitorinqlər ilə bağlı son dövrlər səsləndirilən fikirlərə aydınlıq gətirib.

AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirilib ki, 18 avqust tarixindən etibarən AQTA və aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə müəssisələrində gündəlik monitorinqlər heyata keçirilir:

“AQTA tərəfindən indiyədək respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində 56388 monitorinq keçirilib, sözügedən müəssisələrdə marifləndirmə və nəzarət tədbirləri aparılıb. Ölkə üzrə fəaliyyət göstərən 11086 ictimai iaşə müəssisəsində sıxlıq normalarını əks etdirən lövhələrin yerləşdirilməsinə, 6745 ictimai iaşə müəssisəsində isə karantin tədbirlərinin icrasına məsul şəxslərin təyin edilməsinə nail olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər