Martın 1-də «Azərikimya» İstehsalat Birliyinin baş ofisində Argentinanın iqtisadi yönümlü nazirliklərinin İqtisadi araşdırma missiyasının nümayəndələri ilə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycanın neft-kimya sənayesinin inkişaf mərhələləri, yaxın gələcəkdə reallaşdırılacaq layihələr, o cümlədən Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun təməlinin qoyulması və onun tikintisi üçün görülən hazırlıq işləri, sənaye zonasında yaradılması nəzərdə tutulan Sumqayıt Kimya Sənaye parkı haqqında qonaqlara ətraflı məlumat verilmişdir.
Görüşdə yaxın zamanlarda iki ölkə arasında iqtisadi əlaqələrin yaradılması məqsədilə Argentinadan böyük bir işçi qrupunun Azərbaycana səfərinin gözlənildiyi bildirilmişdir. May-iyun aylarında isə Argentinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana gələcəyi və həmin səfər çərçivəsində Azərbaycan-Argentina biznes-forumunun keçirilməsi planlaşdırılır.