Argentinanın İqtisadi araşdırma missiyasının nümayəndələri şəhərimizdə olub

656

Martın 1-də «Azərikimya» İstehsalat Birli­yinin baş ofisində Argentinanın iqtisadi yönüm­­lü nazirliklərinin İqtisadi araşdırma missiyasının nümayəndələri ilə görüş keçiril­mişdir.

Görüş zamanı Azərbaycanın neft-kimya sənayesinin inkişaf mərhələləri, yaxın gələcəkdə reallaşdırılacaq layihələr, o cümlədən Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun təməlinin qoyulması və onun tikintisi üçün görülən hazırlıq işləri, sənaye zonasında yaradılması nəzərdə tutulan Sumqayıt Kimya Sənaye parkı haqqında qonaqlara ətraflı məlumat verilmişdir.

Görüşdə yaxın zamanlarda iki ölkə arasında iqtisadi əlaqələrin yaradılması məqsədilə Argentinadan böyük bir işçi qrupunun Azərbaycana səfərinin gözlənildiyi bildirilmişdir. May-iyun aylarında isə Argentinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azər­bay­cana gələcəyi və həmin səfər çərçivəsində Azər­baycan-Argentina biznes-forumunun keçirilməsi planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər