AZAL-ın bu qərarı qüvvəyə mindi – TƏLƏSİN

1233
Bu gündən başlayaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.
“APA-Economics” xəbər verir ki, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq.
AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil verə bilərlər”.
Bu qayda “Buta Airways” uçuşlarına da şamil edilir.
Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər