Azərbaycan daha güclü olacaq

765

Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsindədövlət başçısıjurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmişərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarınıətraflı və dolğun cavablandırıb. Dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər qeyd olunub.

Bu müsahibəni  “Şuşa ili”nin ilk mühüm siyasi-tarixi hadisəsi adlandırmaq olar. Müsahibə zamanıPrezident İlham Əliyev insanları narahat edən məqamlara aydınlıq gətirib, eyni zamanda müxtəlif sosial-iqtisadi və siyasi məsələlər ətrafında geniş danışıb.

Hər kəs ölkə rəhbərinin fikrinin, sözünün dəyərini, xalqın ona olan inamının və etimadının böyüklüyünü bir daha hiss edib, eləcə də respublikamızın yüksək inkişaf göstəriciləri ilə yaxından tanış olub.

Dövlət başçısı həm ölkə, həm də dünya ictimaiyyətinə Azərbaycanın beynəlxalq miqyasda fəaliyyətini və rolunu dolğun şəkildə ehtiva edərək onun BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı ölkələri ilə əməkdaşlığından, perspektiv baxışdan, xüsusilə də yeni dünya düzənində təşəbbüslər göstərəcəyindən də bəhs edib.

Verilən suallara Prezidentin  cavabları sözsüz ki, Azərbaycanın gələcək inkişafından, gücündən, qüdrətindən xəbər verib, bir növ ictimaiyyətin də maarifləndirilməsini həyata keçirib, gələcəyə baxışını formalaşdırıb.

Müzəffər Ali Baş Komandan şəhid ailələrinə dövlət qayğısı, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə bağlı, eləcə də Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar fikirlər də söyləyib. Qeyd edib ki, “Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusiləİkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib”.

Bəli, müharibədən tarixi Zəfərlə çıxan ölkəmizdə şəhid ailələrinə, müharibəəlillərinə böyük  diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur: “Çünki dünyada bir çox ölkələr müharibəşəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibəəlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib…”.

Bundan əlavə, cənab Prezident vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələri daha da güclənəcək. Həyata keçirilən islahatlar və görülən işlər nəticəsində respublikamız İkinci Qarabağ müharibəsində olduğundan daha çox güclü olacaq.

Azərbaycan bu genişmiqyaslı layihələri reallaşdırmaqla bərabər, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq tədbirlərini də uğurla həyata keçirir. Dövlətimizin başçısı müsahibədə bu önəmli məsələyə diqqət yönəldərək, keçən il çox böyük proqram icra edilməyə başlandığını, bu proqramın heç kimdən yardım istəmədən və almadan daxili vəsaitimiz hesabına həyata keçirildiyini bildirib. Ölkə rəhbəri, həmçinin bərpa prosesində minalardan təmizləmə işlərinə xüsusi diqqət yetirildiyini xatırladıb. Əlbəttə, bu, təsadüfi deyil. Çünki düşməndən  azad olunan torpaqları minalardan təmizləmədən infrastrukturun qurulması qeyri-mümkündür. Ona görə də minatəmizləmə sürətlə aparılmaqla paralel elektrik xətlərinin çəkilməsi, yolların salınması həyata keçirilib. Artıq Bərdə-Ağdam, həmçinin Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanılıb. Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Dövlət başçısı müsahibədə bir sıra digər məsələlərlə yanaşı, koronavirusla mübarizədə Azərbaycanın fəaliyyəti barədə də fikirlərini diqqətəçatdırıb. O, bu sahədə görülən tədbirlərin səmərəliliyindən danışarkən, Azərbaycanın bu çətin sınaqdan şərəfləçıxan, MDB məkanında vaksinasiyaya birinci start verən, vaksinlərin gətirilməsini xüsusi diqqətdə saxlayan ölkələrdən olduğunu bildirib. Ölkərəhbəri, eynizamanda, respublikada COVID xəstələrinin müalicəsi üçün ilk günlərdən əlverişli şəraitin yaradılmasının diqqət mərkəzində saxlanıldığını, ölkəmizə modul tipli xəstəxanaların gətirildiyini və hazırda bu tipli 46 tibb müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayaraq, hazırda pandemiya ilə mübarizəni belə xarakterizə edib: “Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşda yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, “buster” dozasını 1 milyon 500 mindən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hərkəsə bunu məsləhət görürəm”.

Həmçinin qeyd edək ki, üç saata qədər davam edən müsahibə dövlətçiliyimizin və bayrağımızın uca tutulması naminə xalq-iqtidar birliyinin möhkəmlənməsinə növbəti çağırış addımı kimi dəsayıla bilər.

Bununla yanaşı, ölkə liderimizin verilən sullara mükəmməl cavabları respublikamızda həm ötən il ərzində həyata keçirilmiş işlərin hesabatı, həm də bu il üçün perspektiv fəaliyyətə dair planın təqdimatı kimi qəbul edə bilərik.

Beləliklə, hər zaman ilklərə imza atanali rəhbərimiz Azərbaycan ictimaiyyətinə bir çox önəmli mesajlar verməklə hər fikrini maraqla dinləyənlərə nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha təsdiqləyib.

İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər