Azərbaycan Ordusu xalqımıza ən şərəfli anları yaşatdı

862

Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. İlham Əliyev
Bu gün Azərbaycanın şanlı ordusu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Vahid bayraq altnda birləşən şanlı Azərbaycan Ordusununun 44 günlük Vətən Mühaibəsindən əldə etdiyi böyük qalibiyyətin səbəbi bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda əməyini əsirgəməyən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir.
Azərbaycan əsgəri bu gün öz dövlətinin yeni qalibiyyət tarixini yazaraq xalqımıza ən şərəfli anları yaşatdı. Ali Baş Komandan tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan ordusunun sürətlə irəliləməsinə yol açmışdı. Dünya hərb tarixində daha bir ilk yaşanırdı, mərkəz generalları olmadan hərbi əməliyyat aparılır və zəfər qazanılırdı. “Dəmir yumruq” əməliyyatı tamamilə fərqli, hətta NATO hərbi strateqlərini də heyrətə salacaq bir şəkildə, relyef, texnika, düşmənin müqavimət imkanları, xüsusən də bizim xüsusi təyinatlı qüvvələr və dağ kəşfiyyat qrupları üçün döyüş şəraitini yaxşılaşdıracaq incəliklə hazırlanmışdı. Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu. Nəhayət ki, tarixi ədalət bərpa olundu, Azərbaycan xalqının həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanını əmri ilə işğal altında qalan torpaqları öz əzəli və əbədi sahibinə qaytardı. Bütün dünya bildiki Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır. Qarabağ Azərbaycanımızdır! Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib və gələcəkdədə davam edəcək, Qarabağımız yenidən həyata qayıdacaq.
Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dəmir məntiqə əsaslanan dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə müharibəni artıq udmuşdur. Ali Baş Komandan həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, ölkə rəhbərinin  Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə, düzgün komandanlıq və strateji idarəetmə Vətən müharibəsində döyüşən orduda Qələbəyə xidmət etdi. Şanlı qələbənin qazanılmasında hər bir qoşun növünün, hərbi bölmələrin və əsası vahid komandanlığ idarəetməsinin müstəsna rolu oldu.
İndi hər bir Azərbaycan vətəndaşı onu təhlükələrdən layiqincə hifz edəcək Ordumuzun olmasına tam arxayındır. İftixar mənbəyinə çevrilən ordumuz həm də düşmən üçün qorxulu bir kabusdur. Çünki 30 il ərazilərimizi işğal altında saxlayan eməni ordusu şanlı Vətən mühaibəsinin nəticəsindən yaxşı bildi ki, Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyillər. Şanlı qələbə ilə bitən müharibə eyni zamanda Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib.
44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında apardı. Uzun illər ən müasir silahların alması, pilotsuz uçuş sistemlərinin əldə edilməsi, müdafiə sistemində davamlılıq Ordumuzun “minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşməsi ilə nəticələndi.  Silahlı Qüvvələrimiz hərbi əməliyyatlarda lokal müharibə hüdudlarından kənara çıxmadı, döyüş zamanı isə beynəlxalq müharibə qaydalarına və normalarına əməl etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada bu gündə öyrənilir. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun döyüş taktikasını dünyanın ən güclü ordularına sahib olan ölkələrdə etiraf etdi.
Ötən illər ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhvali-ruhiyyəsinə malik olmasının nəticələri özünü Vətən müharibəsində parlaq şəkildə göstərdi. Sübut olundu ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir. Dağlıq Qarabağda Azərbaycan ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə kamikadze-dronlardan kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan Ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin.
Vətən müharibəsində Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə yeni nəsil müharibə üsulu tətbiq etdi,  planlaşdırma, texniki təchizat, texnologiyaların icası, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil etdi. Biz hər birimiz Vətən müharibəsində ordumuzun arsenalında olan pilotsuz uçuş aparatlarının Dağlıq Qarabağdakı erməni hədəflərini necə vurduğunu, kamikadze dronlarımız atəş açmadan, ona çırpılmaq yolu ilə hədəfi məhv edən videogörüntülərin şahidi olduq. Ermənistan ordusu isə əsasən 90-cı illərin silahları ilə döyüşdü, eləcə də döyüş taktikaları da şablon xarakter daşıdı. Məlum oldu ki, mənfur düşmən 30 ildə nəinki silahları, eləcə də döyüş taktikalarınıda dəyişməyib. Azərbaycan Ordusu isə Dəmir Yumuruq zəbəsi ilə əks-hücum əməliyyatlarına Türkiyədən aldığı PUA-lar vasitəsi ilə pilotsuz uçuş sistemlərindən səmərəli istifadə edərək erməni ordusunun hava hücumundan müdafiə sistemlərini, ağır silahlarını, canlı qüvvələrini dəqiqliklə məhv edərək yeni qələbə tarixini yazdı. Məhz Azərbaycan Ordusunun apardığı yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunması ilə nəticələndi. Təəssüfki, heç bir mühaibə itgisiz olmur. Bu şanlı Qələbənin əldə edilməsi üçün canlarını fəda edən şəhidlərimizin, eləcə də Birinci Qarabağ savaşında şəhid olanların xatirəsi xalqımız, dövlətimiz tərəfindən həmişə əziz tutulacaq, onların ailə üzvləri, yaxınları ölkəmizdə ən ali hörmətə, izzətə layiq olduqlarını hər an hiss edəcəklər.
Nəhayət Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edərək ən yeni tarix yazdı. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı isə qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki, bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Bu, eyni zamanda, müzəffər Azərbaycan Ordusunun gücünü bir daha düşmənə, onun havadarlarına – ermənipərəst dairələrə göstərdi.
Biz əminik ki. qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti bu tarixi qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə xalqımız daha böyük gələcəyə, xoş sabahlara qovuşacaq.
Qələbən mübarək, Azərbaycan!

Rüfət Mahmudzadə
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini əvəzi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər