Azərbaycan polisi Gorus-Qafan yolunda – VİDEO

698

Vətən müharibəsindən sonra Azərbaycan ordusu digər ərazilərlə yanaşı, Şurnux kəndinə də nəzarəti bərpa edib.

Şurnux kəndinin erməni işğalından azad edilməsi isə Azərbaycan ordusunun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.

Bu gün Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir, artıq polis postu qurulub.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Azərbaycan polisi Gorus-Qafan yolunda növbətçilik çəkir, Çevik Polis Alayı da əraziyə cəlb olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, Azərbaycan polisi başında dəbilqə, əynində zirehli gödəkçə, əlində silah xidmət aparır.

Həmin videogörüntünü təqdim edirik:

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər