Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin İspaniyanın EFE İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər regionumuzun gələcəyi və müharibədən sonrakı dövrün reallıqları baxımından çox aktual və əhəmiyyətlidir. Prezident İlham Əliyev müsahibəsində ciddi faktlara əsaslanaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövcud vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Təxminən 30 il ərzində Ermənistan bütün səylərini münaqişənin dondurulmasına yönəltmişdi. Təbii ki, Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, ATƏT -ə üzv dövlətlərin bu sahədə səmərəsiz fəaliyyəti də böyük rol oynadı. Hazırda ATƏT -in və digər beynəlxalq təşkilatların əsas məqsədi regionun inkişafı, iqtisadi, siyasi və sosial sabitliyi üçün tərəflər arasında yeni bir yanaşma ilə dialoq təşkil etmək olmalıdır.
Azərbaycan dəfələrlə regionda sülhün və sabitliyin təmin olunması üçün çağırışlar edib. Lakin indiyə qədər Ermənistan hökuməti bu istiqamətdə heç bir əməli addım atmayıb.
Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və inkişafın tərəfdarı olub və bu istiqamətdə mühüm addımlar atıb. Əgər Ermənistanın müttəfiqləri bu ölkənin inkişaf etməsini istəyirlərsə, sülhün təmin olunması üçün dəstək nümayiş etdirməlidirlər.
Ermənistan üçün regionda söz sahibi olan Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur. Regionda sülhün təmin edilməsi hər bir ölkənin inkişafı üçün vacib şərtdir. Bunun əksi heç bir dövlətə fayda gətirməyəcək.
Nasizmin dövlət siyasətinə çevrildiyi Ermənistan 30 ilə yaxındır ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayış məntəqələrini, tarix və mədəniyyət abidələrini məhv etmişdir.
Ərazilərinin işğaldan azad edilməsi üçün ədalətli bir müharibə aparan Azərbaycan dövləti, hərbi əməliyyatların ilk günlərindən bəyan etdi ki, əsas hədəf mülki əhali deyil, işğalçı qüvvələr və hərbi obyektlərdir. Bu, Azərbaycanın və Ermənistanın hərbi siyasətinin fərqini bir daha ortaya qoydu.
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə 44 günlük Vətən müharibəsi zamanıvə üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistanın törətdiyi müharibə cinayətlərini bir daha dünyaya bəyan etdi.
Azərbaycan ərazisini işğal edən Ermənistan bir çox hərbi cinayətlər – soyqırımı törətmiş, dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirmiş, şəhər və kəndləri, tarixi və mədəniyyət abidələrini, onlara aid olmayan kilsələri dağıtmışdır. 44 günlük Vətən müharibəsində də Ermənistan bu cinayətlərinin şagidi olduq.
Açıq döyüş meydanında məğlub olan işğalçı ölkə mülki əhali yaşayan ərazilərə raket zərbələri endirdi. Nəticədə mülki obyektlərə ziyan dəydi və mülki şəxslər qətlə yetirildilər. İşğalçı ölkə müharibənin aparılmasına dair imzaladığı beynəlxalq konvensiyaları kobud şəkildə pozdu və hərbi cinayətlər törətdi.
Bununla işğalçı ölkə müharibənin aparılmasına dair imzaladığı beynəlxalq konvensiyaları kobud surətdə pozdu və hərbi cinayət törətdi. Ermənistan üçtərəfli Bəyanat imzalandıqdan sonra da Azərbaycan ərazilərinə terrorçuları göndərməklə növbəti cinayət törətmişdir və bu gün həyasızlıqla onları hərbi əsirlər adlandırırlar.
Prezident İlham Əliyevin EFE informasiya agentliyinə müsahibəsində bir daha vurğuladı ki, münaqişə bitib və artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzuriqtisadi zonaları yaradılıb.
Prezident xatırladıb ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır.Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.
Vahid Abdullayev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri