“Azərbaycan” sözünə görə 13 ildə 10 uşaq dünyaya gətirdi - İNANILMAZ/VİDEO

1899

Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib.

14 il evli olan bu ailənin indiyədək dörd qız və beş oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər.

Uşaqların sayının 10-a çatdırılması isə doğma vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

 Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.

Ailədəki ən böyük uşağın 13 yaşı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər