Aparıcı:Son illər Sumqayıt şəhərində böyük miqyaslı sosial infrostruktur layihələr həyata keçirilir,geniş miqayaslı işlər görülür.Görülən bütün işlər əhalinin yaşayış tərzini yaxşılaşdırmağa xidmət edir.Binaların fasadları yenilənir,dam örtüyü dəyişdirilir,hündürmərtəbəli yaşayış binalarındakı istismar müddətini başa vurmuş liftlər yenilənir.Ən önəmlisi isə ölkəmizdə ilk dəfə pilot layihə olaraq Sumqayıtda lift xidmətinin internetlə intellektual idarəetmə sistemi yaradılıb.
Azərbaycanda ilk dəfə olaraq Sumqayıt şəhərində pilot lahaiyə kimi lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb.Yeni yaradılan sistem vasitəsi ilə əhaliyə göstəriləcək xidmətlərin keyfiyyəti daha da yaxşlaşacaq.
Stendup:Samir Səfərov-müxbir-Azərbaycanda ilk dəfə olaraq Sumqayıt şəhərində pilot lahaiyə kimi lift xidmətinin intellektual idarəetmə sistemi yaradılıb.Yeni yaradılan sistem vasitəsi ilə əhaliyə göstəriləcək xidmətlərin keyfiyyəti daha da yaxşlaşacaq.
Video:Sumqayıt Lift Servis Birliyində 132 nəfər işçi çalışır.Yeni yaradılan Mərkəzləşdirilmiş Dispetçer Xidmətinə 2 nəfər İT mütəxəsisi,8 dispetçer,5 mexanik,2 sürücü,1 sahə rəisi ştatı yaradılıb. Şəhərin müxtəlif yerlərində bu sistemə keçdikdən daha sonra yenə də əlavə iş yerləri açılacaq.İlkin mərhələdə 18 nəfər işlə təmin edilib.
Sinxiron:Sevda Qədiməliyeva-dispetşer-18-ci mikrarayonda 42 lift istifadəyə verilib,bu liftlər online vasitəsi ilə izlənilir.Liftlərdə hər hansı bir kabinəsində nasazlıq olarsa,liftdə adam qalarsa,tez bir zamanda təxliyyə qrupu göndəririk,qalan insan liftdən çıxarılır.Maşın otağında oğurluq olanda bu zaman online biz bunu görürük və ora tez bir zamanda lift işçisi göndərilir və oğurluğun qarşısı alınır.Mən artıq 1 aydır burda işləyirəm,yəni ər şeydən razıyam,maaş qane eliyir.
Əhaliyə xidmət göstərmək isə yeni yaradılan xidmətin işçilərinə daha da zövq verir.
18-ci mikrorayon ərazisindəki hündürmərtəbəli yaşayış binalarındakı bütün liftlərin yeni sistemə qoşulması işləri yekunlaşıb və əhalinin istifadəsinə verilib.Sakinlər də həm yeni liftlərdən,həm də yeni xidmətdən çox razıdırlar.
Hazırda Mərkəzləşmiş Dispetçer Xidməti sutka ərzində liftlərin fasiləsiz çalışmasını təmin edir. Liftlərdə baş verə biləcək hər hansı nasazlıqları aradan qaldırmaq üçün dispetçer, növbətçi mexaniklərdən ibarət qəza xidməti təşkil olunub və onlar avtomobillə təmin ediliblər.
Yeni yaradılan intellektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa rabitə sisteminin , kənar şəxslərin maşın zalına icazəsiz daxil olması, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş intellektual idarəetmə mərkəzinə ötürülür. Eləcə də liftin kabinəsi və maşın zalı ilə Mərkəzləşmiş Dispetçer Xidmətinin birbaşa danışıq əlaqəsi, liftin kabinəsində əvvəlcədən yazılmış mətnin səsləndirilməsi təmin edilir.
“Sumqayıt şəhər Lift Serviz Birliyinin rəisi-Cənab prezidentin məlum sərəncamları ilə son iki ildə Sumqayıt şəhərində istismar müddətini keçmiş 305 ədəd lift yenisi ilə əvəz olunmuşdur.Lift parkı yenilənmişdir.Şəhərdə aparılan iri miqyaslı quruculuq abadlıq işləri fonunda bizə lift işinin yaxşılaşdırılması,bunun intellektual səviyyədə inkişafı barədə bizə müvafiq tapşırıqlar verilmişdir.Buna görə də mütəxəsislər,biz bir neçə ölkələrdə,bu sahədə təcrübəsi olan ölkələrdə intellektual idarəetmə sistemi sayılan MərkəzləşdirilmişDispetçer Xidmətinin tətbiqi barədə məsələlər öyrənilmiş və Sumqayıt şəhərində bu məsələni tətbiq etməyə başlamışıq.Test sınaqlarından uğurla çıxan bu proses yanvar ayında başlanmış,hal hazırda başa çatmışdır.18 –ci mikrarayon ərazisində 42 intellektual idarəetmə sistemi,yəni Mərkəzləşdirilmiş Dispetçer Sisteminə qoşulmuşdur.Hal hazırda 24 saat ərzində fəaliyyət göstərir.Bu sistem öz növbəsində şəhər əhalisini həddindən artıq rahatlığın təmin edir,boşdayanmaları aradan qaldırır,çağırışların vaxtında və tez bir zamanda həyata keçirməyə imkan verir.Təxliyyələri tez həyata keçirtməyə imkan verir və əhali bunu yüksək səviyyədə qəbul eliyir.Hal hazırda Sumqayıtın digər mikrarayon və məhəllələrində hündürmərtəbəli binalarda bu sistemin quraşdırılması davam edir və yəqin ki, ilin sonuna qədər nəzərdə tutmuşuq ki,Sumqayıt şəhərin tamamı ilə intellektual idarəetmə sisteminə qoşub Mərkəzi Dispetçer Sistemi vasitəsi ilə idarə etməyə nail olacayıq.”
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni yaradılmış lift xidmətinin intellektual idarəetmə mərkəzi ilə tanış olub. Məlumat verilib ki, bu istiqamətdə quraşdırma işləri ilk olaraq pilot layihə kimi şəhərin 18-ci mikrorayon ərazisində aparılıb, test-sınaq işləri müvəffəqiyyətlə başa çatdırılıb.Qeyd edək ki, bu ilin əvvəlindən şəhərə gətirilən 105 ədəd liftdən 91-də quraşdırılma işləri gedir,50-də iş başa çatıb.Hazırda qeydiyyat işləri aparılır,işlər mart ayının sonuna kimi başa çatacaq.Hazırda isə şəhərin 1,2,3,4,8 və 17-ci mikrarayonlarında,eləcə də 45 və 15-ci məhəllədəki yaşayış binalarındakı liftlərin də online sistemə keçirilməsi üçün işlər aparılır.Liftlər internet vasitəsi ilə birbaşa mərkəzi idarə etmə sisteminə bağlanacaq. 1989-cu ildən fəaliyyət göstərən Lift Servis Birliyi üçün artıq yeni inzibati bina da tikilməsi üçün yer ayrılıb.