“Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O, 2022-ci ilin ilk 5 ayında neft və qaz ixracında əldə edilən gəlirləri də açıqlayıb.
“Cari ilin ilk 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub”, – deyə deputat əlavə edib.