Azərbaycanda yeni su anbarları yaradılacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:
- Əlicançay su anbarı
- Qudiyalçay su anbarı
- Vəlvələçay su anbarı
- Qaraçay su anbarı
- Qusarçay su anbarı
- Ağsuçay su anbarı
- Türyançay su anbarı
- Yengicə su anbarı
- Viləşçay su anbarı
- Zəyəmçay su anbarı.
“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.