Azərbaycanda ardıcıl üç zəlzələ olub – YENİLƏNİB 1

541

Azərbaycanda daha bir zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan  stansiyasından 31 km cənub-qərbdə Şamaxı  rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.

 

Zəlzələ hiss olunmayıb.

***

10:52

Hacıqabulda yenidən zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə  Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.

10:38

Hacıqabulda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul  rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 4, dərinliyi 3 km olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər