Azərbaycanda banklardan dollar alışı kəskin artıb

964

2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar xarici valyuta ticarətindən gəlirlərini artırıblar. Bunu mübadilə əməliyyatlarının sayının artması da göstərir, xüsusən də dollar və avronun həm alış, həm də satışı kəskin artıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, ötən il kredit təşkilatları tərəfindən 3 mlrd. 406 mln. 108,7 min dollar (2017-ci illə müqayisədə artım 93,6%) və 661 mln. 712,1 min avronun (artım 25,6%) satışı həyata keçirilib.

2018-ci ildə banklar əhalidən xarici valyutanın alışını da artırıb. Xüsusilə banklar tərəfindən 2 mlrd. 37 mln. 197,1 min dollar (artım 17,5%), 302 mln. 501,4 min avro (artım 48,1%) alınıb. Halbuki 2017-ci ildə banklar dolların satışını 41,4%, alışını 32,3% azaltmışdılar.

2018-ci ildə dolların orta mübadilə məzənnəsi 1,6999 AZN/1 dollar (2017-ci ildə 1,7145 AZN/1 dollar), avronun – 2,0004 AZN/1EUR (2017-ci ildə 1,9672 AZN/1EUR) təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər