Azərbaycanda gənc xanımların qocaya ərə getməsi, cavanların yaşlı qadınla evlənməsi – Maraqlı STATİSTİKA

311

Ağbirçək yaşda ərə gedənlər, ağsaqqal yaşda evlənənlər…

Azərbaycanda rəsmi qeydə alınan nikahların statistikasında bir sıra maraqlı məqamlar var.  Məsələn, 18 yaşı tamam olmadan nikaha girən bəy və gəlinlər, 60 yaşdan sonra ərə gedən qadınlar, 70 yaşda evlənən kişilər, özündən xeyli kiçik kişilərlə ailə quran yaşlı xanımlar, ya da cavan gəlinlərlə izdivac bağlayan ağsaqqal kişilər və s.

Modern.az saytı ötən il qeydə alınan rəsmi nikahların statistikasına nəzər salarkən bu cür hallarla bağlı rəqəmləri diqqətdən qaçırmayıb.

Qeyd edək ki, qanunla Azərbaycanda rəsmi nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən edilib.

2020-ci ildə Azərbaycanda pandemiya şəraiti olmasına və toyların qadağan edilməsinə baxmayaraq, 35348 nikah bağlanıb, 14628 boşanma olub.

Beləliklə, ötən ilin statistikasındakı maraqlı rəqəmlərə nəzər salaq:

Nikahları rәsmi qeydә alınmış 18 yaşadәk gәlinlərin sayı 165 nəfər olub. Onlardan 18 nəfəri 30-34 yaşlı kişilərlə nikah bağlayıb.

Yaşı 18-19 olan 4 nəfər qız isə özlərindən təxminən 20 yaş böyük – 40-44 yaşlı kişilərlə rəsmi izdivaca girib.

25 yaşında olan 1 xanım 60 yaşlı kişi ilə rəsmi nikah bağlayıb.

35-39 yaş aralığında olan 12 qadın öz həyatını 60 yaşını ötmüş kişilərlə birləşdirib.

Ötən ilin rəsmi statistikasında daha bir maraqlı rəqəm 60 yaşlı 1 qadının 30 yaşlı kişi ilə nikaha girməsidir.

Yaşı 60-dan çox olan daha 3 qadın isə 40-44 yaşlı kişilərə ərə gedib.

Yaşı 50-54 arasında olan 14 gəlin özündən 10 yaş kişik bəylərlə ailə qurub.

Ümumiyyətlə, keçən il yaşı 60-ı ötmüş 155 qadın müxtəlif yaşlarda olan kişilərlə rəsmən nikah bağlayıb.

2020-ci ildə yaşı 60-ı keçən 500 nəfər kişi də rəsmən nikaha girib. Maraqlıdır ki, onlardan 133 nəfər elə öz yaşlarında olan qadınlarla evlənib.

Keçən il yenidən ərə gedən dul qadınların (əri ölənlər) sayı 156 nəfər, yenidən evlənən dul kişilərin (arvadı ölənlər) sayı isə 488 nəfər olub.

2020-ci ildə yaşı 60-dan çox olan 222 qadın ərindən boşanıb. Ötən il yaşı 60-dan yuxarı olan 483 kişi isə arvadını boşayıb.

18 yaşını tamam etmədən ərə verilən 3 qızın evliliyi uzun sürməyib və onlar boşanıb. Rəsmi nikaha girən 39 xanım 18 yaşında boşanıb.

Kişilərə gəlincə 18 yaşında 1 nəfər, 19 yaşında 5 nəfər arvadından rəsmən ayrılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər