Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal təbəqəsi olan gənclər ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanınmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.
Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin tərəfindən həyata keçirilən gənclər siyasəti nəəəticəsində ölkəmizdə sağlam, milli dəyərlərə bağlı vətənpərvər gənclik formalaşır. Bunun bariz nümunəsi 44 günlük Vətən Müharibəsində daha aydın göründü. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qətiyyəti, gənc hərbçilərimizin fədakarlığı və şücaəti nəticəsində 30 ilə yaxın müddətdə düşmən tapdağında olan torpaqlarımız azad olundu.
Azərbaycan gəncliyindən formalaşan Silahlı Qüvvələrimiz təkcə işğalçı Ermənistan dövlətini deyil, faşizmi də məğlub edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ermənistanın “güclü, yenilməz” ordu mifini döyüş meydanında darmadağın etdi.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində iştirak edən döyüşçülərimizin əksəriyyəti İlham Əliyevin prezidentliyi dövründə doğulmuş, böyümüş, hərbi xidmətdə olmuş, hətta könüllü olaraq müharibəyə gedən vətənpərvər gənclər idi. Bu həmrəylik, milli birlik, ümumi məqsəd uğrunda mübarizə ordumuza əlavə güc verdi ki, bəzi mənfur xarici dairələr Azərbaycanda öz mənfur planlarını həyata keçirə bilməsinlər.
Qürür hissi ilə deyə bilərik ki, cari ilin fevralın ayının 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Forumun əsas iştirakçısı Prezident İlham Əliyev oldu. Forum əsasən gənclərlə ünsiyyəti sual-cavab formatında baş tutdu. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1997-ci ilin fevral ayının 2-də əsası qoyulan və bu günə qədər keçirilən forumların ideyası məhz gənc nümayəndələrin təklifləri, qiymətləndirmələri və gənclərin fəaliyyətini formalaşdırmaqdan ibarətdir.
Forumda Prezident İlham Əliyev qloballaşmanı, ölkə üzərində nəzarət qurmağa çalışan qlobal qüvvələri əsas düşmənlər adlandırıb, həmçinin buna qarşı milli dəyərlərin dünya dəyərlərindən üstünlüyünə əsaslanan mübarizə sistemini də müəyyən edib. Bu istiqamətdə isə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Böyüməkdə olan nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin bəşəri dəyərlərə yiyələnmələri və digər bu kimi vəzifələr layiqincə icra olunmalıdır.
Forumda ölkə başçısı gəncləri rəngli inqilab müəlliflərinin informasiya təxribatlarına uymamağa çağırıb: “Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə – hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”.
Forumda dövlət başçısı gənclərə indiki dövrdə ölkəmiz üçün necə və nə etmək lazım olduğu haqqında öz tövsiyələrini verdi. Məsələn, Prezident qloballaşan dünyada informasiya müharibəsinin davam etdiyini və burada gənclərimizin rolunun hər zaman vacib olduğunu vurğuladı. Eyni zamanda xaricdə təhsil, indiki zamanda xaricdə təhsil almış mütəxəssislərin ölkəyə qayıtmasının vacibliyi, inklüziv cəmiyyətin qurulmasında fiziki imkanları məhdud gənclərin iştirakı, gənc startapçıların öz biznes fəaliyyətlərini qurması, ermənilərin dağıtdığı ərazilərin təsviri incəsənət vasitəsilə tariximizin yazılması, işğaldan azad edilmiş torpaqlara qayıdışımız və digər məsələlər barədə fikirlərini açıqladı.
Ölkə rəhbəri Forumda gənclərin suallarını cavablandırarkən xüsusən əlilliyi olan gənclərin özlərini inkişaf etdirə biləcəkləri, bacarıqlarını nümayiş etdirə biləcəkləri, aparıcı rollarda ola biləcəkləri inklüziv platformalara ehtiyaclarının qarşılanmasına şəraitin yaradılmasının vacibliyini vurğuladı. Cənab Prezident çıxışında bildirdi ki, son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur, onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Ölkə başçısı şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqramların icra olunduğunu bu tendesiyanın davam edəcəyini bildirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına uyğun olaraq ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə olunub. Bu illər ərzində respublikamızın bütün bölgələrini əhatə edən 40-dan artıq Olimpyia İdman Kompleksi, yüzlərlə idman qurğusu inşa olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb.
Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasətinin, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İdmanımızın tarixinə şanlı səhifələr yazılıb, xüsusən olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Eyni zamanda Azərbaycan idman dövləti kimi tanınmağa başlayıb.
Gənclər Forumunun 25-illiyinə həsr edilmiş Forumda daima idmançıların yanında olan onlara dost olan, diqqət və qayğısını onlardan əsirgəmətyən ölkə rəhbəri bir daha vurğalıdı ki, idman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır. İdman iş qabiliyyətini artırır və insanı daha cəsarətli edir. Məşq etmək lazımdır və hədəfə çatmaq üçüntər tökmək lazımdır. Bunsuz həyatda heç nə alınmır.
Qeyd olunu ki, idmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Ölkəmizdə idman qurğularının yaradılması genişv üsətalıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hərbir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğu lolmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək.
Bildirildi ki, İdman insanı zərərli vərdişlərdən uzaqlaşdırır. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Alkoqollu içkilərdə, həmçinin. Gənclər bundan uzaq olmalıdır. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir.
Bütövlikdə isə Forumun gedişi bir daha sübut etdiki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gənci də öz növbəsində bu qayğını yüksək qiymətləndirir, üzərinə düşən məsuliyyəti dərk edir və Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, yaradıcı, mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında nüfuz qazanıb. Bu forum Azərbaycan gənclərinin gələcəkdə daha böyük uğurlar qazanacağına bir daha əminlik yaratdı.
Yengibar Əliyev, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Cüdo üzrə Sumqayıt yığma komandasının baş məşqçisi