Bu gün səhər saatlarında Lerikdə ikinci dəfə zəlzələ olub.
Oxu.Az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 06:43-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.
Maqnitudası 3 bal olan zəlzələnin episentri yerin 12 kilometr dərinliyində olub.
Zəlzələ hiss olunmayıb.
09:38
Avqustun 7-də Lerikdə zəlzələ qeydə alınıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 23:13-də Lənkəran stansiyasından 19 km qərbdə Lerik ərazisində qeydə alınıb.
Maqnitudası 3 bal olan zəlzələnin episentri 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.