Azərbaycanda ilk dəfə bu xidmət Sumqayıtda göstəriləcək - Sumqayıt daha bir ilkə imza atdı

7216

Sumqayıt şəhərində lift sahəsində intellektual idarəetmə sistemi yaradılır

Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış 310 ədəd lift yeni elektron tipli liftlərlə əvəz olunub. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərininfonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu. Şəhər rəhbərliyinin tapşırığına əsasən “Lift-Servis” Birliyinin rəhbərliyi postsovet və digər ölkələrində bu istiqamətdə aparılan yeniliklərlə tanış olub, mövcud təcrübə müəssisəmiz tərəfindən öyrənilib, nəticədə şəhərimizə uyğun olan variant seçilib. Qafqaz regionunda ilk dəfə olaraq istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) vasitəsi ilə idarə edilməsi işlərinə onlayn rejimdə start verilib.

Yeni yaradılan intelektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, liftlərin dayanma səbəbləri, liftlərin idarəetmə stansiyasında olan ötürücülərin (datçiklərin) vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqəsi sisteminin (dinamik və mikrofon) vəziyyəti, kənar şəxslərin maşın zalına icazəsiz daxil olması, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsi ilə onlayn rejimdə MDX-yə ötürülür.

Eləcə də liftin kabinəsı və maşın zalı ilə MDX-nin birbaşa danışıq əlaqəsi, liftin kabinəsində əvvəlcədən həzin musiqi sədaları altında yazılmış məlumat mətnin səsləndirilməsi təmin edilir.

Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq bu istiqamətdə quraşdırma işləri ilk olaraq şəhərin ən ucqar ərazisində 18 mikrorayonda aparılıb, test-sınaq işləri müvəffəqiyyətlə başa çatdırılıb: “Artıq 10 fevral tarixində 18 mikrorayon ərazisindəki hündürmərtəbəli binalardakı bütün 42 ədəd liftin MDX sisteminə qoşulması işləri yekunlaşıb və əhalinin istifadəsinə verilib. Hazırda MDX sutka ərzində liftlərin fasiləsiz iş rejimində işləməsini təmin edir. Liftlərdə baş verə biləcək hər hansı nasazlıqları, təxliyyələri aradan qaldırmaqdan ötəri dispetçer, növbətçi mexaniklərdən ibarət qəza xidməti təşkil olunub, onlar avtomobillə təmin olunublar. MDXsisteminin 18 mkr ərazisindəfəaliyyəti nəticəsində sakinlərə göstərilən xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı boş dayanmaların qarşısı alınacaq, yerlərdən əlavə zənglərə ehtiyac qalmayacaqdır.

Qəza qrupu bütün məhəllə və mikrorayonların hündürmərtəbəli binalarında istismarda olan liftlərin hər birinə 24 saat ərzində xidmət göstərəcək.

“Lift-Servis” Birliyinin MDX ilə gün ərzində aşağıdakı telefonlarla əlaqə saxlamaq olar:

018-648-12-46,  077-722-23-05

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər