Azərbaycanda ilk dəfə- şəhidimiz atəş səsləri ilə torpağa verildi

623

Şəhid Sərxan Qasımov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə dünyasını dəyişmiş hərbçilərin dəfni üçün xüsusi qaydalarla torpağa basdılıb. 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan, 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov bu gün doğulduğu Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində torpağa tapşırılıb.

AzVision.az Tovuzun Türkəl TV kanalına istinadən xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədov, əsgərin xidmət etdiyi hərbi hissə və birləşmə komandanlığının nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı, 100-ə yaxın hərbiçi iştirak edib və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah bütün şəhidlərə rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər